Neft və qaz

ABŞ Konqresmeni: "Azərbaycanın məqsədi enerji gələcəyini təmin etməkdir"

9 Aprel 2014 12:53
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın məqsədi enerji gələcəyini təmin etməkdir

Trend-in ABŞ-ın "Fox23" xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Oklahama ştatından olan Konqresmen Cim Braydnstayn (Jim Bridenstine) bildirib.

Konqresmenin sözlərinə görə, ölkə Qərb şirkətləri, azad bazarlar və şəxsi kapitalı vasitəsilə Xəzər dənizinin enerji ehtiyatlarının işlənməsi və paylanmasını həyata keçirir.

C.Braydnstayn bildirib: "Özəl sektorun müttəfiqlərimizin enerji təhlükəsizliyini təmin etmək üçün potensialı var və Azərbaycan da buna sübutdur".

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və konqresmen Cim Braydnstayn aprelin 13-də görüşərək enerji təhlükəsizliyinin qlobal siyasi stabillikdə rolunu müzakirə edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.