Maraqlı

Xoşbəxt olmaq istəyirsiz?

27 Mart 2015 22:22
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən xoşbəxt cütlüklərin 10 vərdişini təqdim edir. Sizdə də eyni hallar baş verirsə, özünüzü xoşbəxt hesab edə bilərsiz.

Onlar yatmağa eyni saatda gedirlər
 

Unutmayın, yatmağa eyni vaxtda getmək vacibdir. Yatağa birlikdə getməklə sağlam münasibəti inkişaf etdirə bilərsiz.

Onlar eyni maraqlar tapa bilirlər
 

Birlikdə vaxt keçirməkdən zövq almaq çox vacibdir. Nə o, sizin televiziya proqramına olan sevginizi, nə də siz onun hansısa işə olan heyranlığını bölüşməyə məcbursuz. Ancaq hər ikinizin də birlikdə etməkdən zövq aldığınız bir fəaliyyətiniz olmalıdır.

Onlar toxunur
 

Ani toxunuşlar, əl-ələ tutmaq, bir-birinin boynundan qucaqlamaq yaxınlığı daha da artırır. Əl-ələ tutmaqla bir-birinizin qayğısına qaldığınızı bildirmiş olursuz.

Onlar mənasız "amma"lar istifadə etmir
 

Əgər sizi narahat edən bir şey varsa, bununla bağlı danışmalısız. Söz atmaqla, ya tənqid etməklə heç nəyi həll edə bilmərsiz.

Onlar bir- birinə "səni sevirəm" deyirlər
 

İşə getmədən əvvəl sevdiyinizin yanağından öpüb "səni sevirəm" deyin. İşdən gələndə də eynisini edin. Səhər və axşam öpüşü səbirsizliklə gözlədiyiniz bir şey olmalıdır.

Onlar səmimiyyəti qoruyub saxlayırlar
 

Sevdiyinizlə hər anınızı birlikdə keçirmək istəyirsiz. Ancaq bu bal ayı da bir gün bitəcək. Bitirsə, sizdəki ehtiras, istək itməməlidir. Xoşbəxt cütlüklər yaxınlıq və romantikliyi hər zaman qoruyub saxlamağı bacarır.

Onlar gəzməyə birlikdə gedirlər
 

Evli olsanız da, gecə şam yeməyinə getmək vacibdir. Birlikdə hazırlaşıb, təkbaşına gəzməyə getmək həyəcanı daha da artıracaq.

Bir-birinin işini sevirlər
 

Bir-birinizin işini sevirsizsə, münasibətiniz çiçəklənəcək. Ən yaxşı tərəfi də harda, necə, kimlə olduğunuzu, nə etdiyinizi danışa biləcəyiniz və sizi zövqlə dinləyən biri var.

Onlar sürpriz edir
 

Evliliyiniz adi davam etməməlidir. Həyatınız göydəndüşmə, gözlənilməzlərlə bol olmalıdır. Sevdiyinizi spontan sürprizlərlə sevindirin.

Onlar telefonlarını kənara qoyurlar
 

Bİrlikdə ikən diqqətiniz bütünlüklə bir-birinizdə olmalıdır. Telefonu kənara qoyun. "Twitter", "İnstagram", "Facebook" səhərə kimi sizi gözləyə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.