Maraqlı

Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı

9 Aprel 2025 15:02
Baxış: 2 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmdə sensasiya yaradacaq bir uğura imza atıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, təxminən 12.500 il əvvəl nəsli kəsilmiş qədim canavar növü - Aenocyon dirus - yenidən həyata qaytarılıb. Gen redaktəsi və klonlaşdırma texnologiyalarının birləşdiyi bu layihə elm aləmində həm heyranlıq, həm də müzakirə doğurub.

Colossal-ın məlumatına görə, üç primitiv canavar - iki erkək və bir dişi - uğurla dünyaya gəlib. Qədim DNT fosillərdən çıxarılıb, müasir boz canavarların genetik kodu ilə birləşdirilərək 14 gen üzərində 20-dən çox redaktə aparılıb. Bu dəyişikliklər nəticəsində ağ və qalın xəzə, daha geniş kəllə quruluşuna və güclü çənələrə sahib olan canlılar yaradılıb.

Embrionlar iri cins ev itlərinin daşıyıcılığı ilə doğulub. İlk erkək balalar 2024-cü ilin oktyabrında, dişi isə 2025-ci ilin yanvarında dünyaya gəlib.

Qeyd edək ki, dirçəldilən bu qədim canavar növü, bir vaxtlar Şimali Amerikanın ən böyük yırtıcısı olub və HBO-nun məşhur serialı *"Game of Thrones"*da yer alan qorxunc diqurtlara da ilham verib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.