Hadisə

Çaqqallar 77 yaşlı qadına hücum etdi - Xaçmazda dəhşət - VİDEO - FOTO

29 İyun 2016 16:33
4 Şərh     Baxış: 3 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunun Niyazabad kənd sakini, 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.

Milli.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çaqqallar 77 yaşlı qadına hücum etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.