Sağlamlıq

Uşaqlarda disbakterioz: necə müalicə edilməlidir?

18 İyun 2017 22:05
0 Şərh     Baxış: 800

Disbakterioz (disbioz) - bağırsaq mikroflorasının balansının pozulmasıdır, yəni faydalı və şərti-patogen mikroorqanizmlərin nisbətinin pozulmasıdır. Hazırda uşaqların əksəriyyəndə bağırsaq disbakteriozu əlamətlərinə rast gəlinsə də, həkimlər və valideynlər tərəfindən yetərincə qiymətləndirilmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, disbakterioz mahiyyətcə xəstəlik deyil, mədə-bağırsaq traktının mikrobioloji təzahürüdür və uşaqlar arasında geniş yayılıb.
Disbakteriozun ən yaxşı müalicəsi - onun profilaktikasıdır. Xəstəliyin simptomlarının aradan qaldırılması yetərli deyil, onun yaranma səbəblərinin aradan qaldırılmasına maksimum diqqət yetirilməlidir. Disbakteriozun vaxtında müalicə olunmaması ağır fəsadlara gərib çıxara bilər, onların əks-sədası uşağı ömür boyu narahat edəcək.
Biotənzimləyici təbabət uşaqlarda profilaktik məqsədlə və həmçinin, yaranmış disbiozun mikrobioloji müalicəsində ən effektiv müalicə üsuludur.
Xroniki xəstəliklərdən əziyyət çəkirsinizsə, Bioloji Təbabət Klinikasında iyun ayının 12-dən 17-dək Kolumbiyadan dəvət edilmiş Professor Arturo O'Birne tərəfindən xəstə qəbulundan keçə bilərsiniz.
Xəstə qəbulu qeyd olunan tarixlərdə, hər gün saat 09:00-dan 13:00-dək aşağıdakı xəstəliklər üzrə olacaq:
* Mədə-bağırsaq traktı xəstəlikləri
* Tənəffüs sistemi xəstəlikləri
* Autoimmun xəstəliklər
* Revmatoloji xəstəliklər
* Sidik-cinsiyyət sistemi xəstəlikləri
* Allergik xəstəliklər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.