Sağlamlıq

Bitki çayları doğru istifadə olunmadıqda zərər verir

9 Yanvar 2017 21:03
3 Şərh     Baxış: 2 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib.

Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir". 

Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndiurmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.