Sağlamlıq

Dərinin sağlam rəngini necə qaytarmalı?

3 Avqust 2015 16:44
0 Şərh     Baxış: 10 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Solğun üz, tutqun dəri, göz ətrafındakı qara halqalar müasir qadının üzündə tez-tez rast gəlinən adi əlamətlərdir. Bəs üz dərisinin tutqunlaşmasının qarşısını necə almaq olar? Onu əvvəlki vəziyyətinə qaytarmaq, cəlbedici və parlaq olması üçün nə etməliyik?

Qədim dövrlərdə nənələrimiz dərilərinə təbii vasitələrlə qulluq  ediblər. Onların yolu ilə gedib üz dərisinin təravətli və parıltılı görünməsinə ev şəraitində də nail ola bilərsiniz. Milli.Az publika.az-a istinadən hər zaman aktual olan maska reseptini təqdim edir.
 
Əsas inqrediyentlər: Kəsmik, qatıq, bal, kök, yumurta ağı, nişasta, zeytun yağı və limon şirəsi.
 
Üz dərisi üçün kəsmik maskası
 
Bu maska quru dərilər üçün idealdır. 1 çay qaşığı kefiri və kəsmiyi 1 çay qaşığı balla qarışdırın. Maskanı masaj edərək üzə çəkin. 15-20 dəqiqədən sonra isladılmış pambıq diskin köməyi ilə və isti su ilə yuyun.
 
Zeytun yağı ilə kök maskası
 
Yağlı dəri üçün tövsiyə olunan bu maska üçün 1 çay qaşığı rəndələnmiş yerkökü, 1 yumurta ağı, nişasta və bir az zeytun yağını qarışdırın. Qarışığı təmizlənmiş dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İsti suyla isladılmış pambıq tamponla maska qalıqlarını təmizləyin. Bu maskanı ayda 2-3 dəfə etmək kifayətdir ki, dəriniz əvvəlki sağlamlığına qovuşsun.
 
Limon maskası

 
Limon maskası yağlı dərilər üçündür. Bu maska dərini vitaminlərlə təmin edir, ona parlaqlıq verir və sağlamlığını özünə qaytarır. 1 çay qaşığı limon şirəsi ilə 1 çay qaşığı balı qarışdırın. Maskanı üzə masaj hərəkətləri ilə çəkin. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.
 
Normal dərilər üçün alma maskası
 
Alma püresinə qaymaq, yumurta, zeytun yağı əlavə edin. Maskanı üzə çəkib 20 dəqiqə gözləyin. daha sonra isti su ilə yuyun.
 
Piqment ləkələri təmizləyən qabaq maskası
 
Qabağı rəndələyib üstünə bərabər miqdarda mineral su əlavə edin. Alınmış qarışığın yarısı qədər bal da əlavə edin. Maskanı hər gün çəkmək lazımdır. Effektini 2 həftə sonra görəcəksiniz.
 
Dərinin tonusunu yüksəltmək üçün yerkökü maskası
 
Kök maskası dəri məsamələrini təmizləyib, tonusunu yüksəldəcək, ona təravət bəxş edəcək. Bunun üçün  2 həb spirulina olmaqla, 0,5 çay qaşığı ağ gil və körpə pudrası (prisıpka) lazımdır. Onları bir qaba töküb qarışdırın. Üzərinə isə yerkökü siropu əlavə edin. Maskanı üzə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.
 
Əgər hər hansı maskanı hazırlamağa vaxtınız yoxdursa, onda zeytun yağını, yaxud da balı üzünüzə çəkməklə kifayətlə bilərsiniz.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.