Sağlamlıq

Yeni pandemiya gəlir: Hamı yoluxacaq

10 Aprel 2025 23:52
Baxış: 2 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun yeni pandemiya xəbərdarlığı gündəm olub. Lakin maraqlıdır ki, artıq bu cür fikirlər əvvəlki kimi həyəcan yaratmır. Səbəb isə demək olar, hər ay dünyada pandemiyaya bənzər prosesin yaşanmasıdır.

Mənşəyi bilinməyən viruslar, xəstəliklər barədə mütəxəssislər nə deyir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, qarşıda bizi sağlamlığımızı təhdid edən qrip pandemiyası gözləyir:

"Bütün mutasiyaya uğramış viruslar yenidən peyda olur. Məsələn, qrip hər il yeni formada yaranır. Proqnozlara görə, nə vaxtsa ispan qripi formasında ağır virus ortaya çıxacaq və yüksək yoluxucu gücə malik olacaq. Həmin zaman yoluxma indeksinin intensivliyinə görə bu, koronavirusdakı kimi tezliklə Yer kürəsinə yayılacaq. Xəstəliyin bir yoxsa 10 il sonra olacağı bilinmir. Lakin mütləq baş verəcək".

"İnsanların sayı artır, sıxlıq çoxalır və yoluxma potensialı yüksəlir. Bu baxımdan daim mutasiyaya uğramış virusların nə vaxtsa pandemiya yaratmaq şansı var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.