İqtisadiyyat

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada 50 qəpiyə? - FOTO

16 Mart 2017 17:45
28 Şərh     Baxış: 18 501

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır...

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür "qəpik-quruş" ola bilməz. Nəticədə "Komsomolskaya Pravda" qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.

Həmin fotolar şəhərin Sena meydanındakı "talkuçka"da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: "Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?". Xala "bax o cərgədə" deyib, "amma birinci cərgədən almayın, onlar 50-yə satır" - xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir.

Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. "Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir" - Əzizə adlı özbək satıcı jurnalistə deyir.

Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. "Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq" - o əsaslandırmağa çalışır.

Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

28 Şərh:

  • Anonim
    M M · 16 Mart 17:4730

    Azerbaycan pamidoru 150 rubldu.burda helem 200 rubl.

    Cavab yaz
  • Anonim
    Baku · 16 Mart 17:5700

    Ne qeder edir o

    Cavab yaz
    • Anonim
      Elza · 17 Mart 10:5310

      ola bilməz.

      Cavab yaz
  • Anonim
    Mənzər · 16 Mart 17:5846

    inandırıcı deyil, mən Sankt-Peterburqda yaşayıram və 20 rubla pomidor görməmişəm, ola bilməz

    Cavab yaz
    • Anonim
      Аноним · 16 Mart 18:1810

      Да есть такие цены...но качество товаров ..-0 и кстати не азербайджанские помидоры...а на ценниках что можно написать ...

      Cavab yaz
    • Anonim
      Mənzər-ə · 16 Mart 19:1800

      Sankt-Peterburqda pomidor neçəyədir bu gün?

      Cavab yaz
    • Anonim
      Ruslan · 16 Mart 20:3000

      Mende rasiyada yasiyiram burda hele qiymete pamidor yoxdu byrda 290

      Cavab yaz
  • Anonim
    111 · 16 Mart 18:15120

    Bu pamidor bir qiraga qalsinee qozun kqsi Azerbaycanda 28 30 azn di.bu ne dehwetdi bayramda hec kim ureyi isteyen sufreni aca bilmirde

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 Mart 18:21210

    Biz imkanli ölkəyik ona görə hər şey bizdə bu qədər bahadı.

    Cavab yaz
    • Anonim
      Kimse · 17 Mart 09:1600

      Beyendim,bu qeder pozitiv olmaq lazimdir ))))

      Cavab yaz
  • Anonim
    111 · 16 Mart 18:2150

    Ishden cixan kimi, oturacam teyyareye, gedib Moskvada bazarliq edib gelecem

    Cavab yaz
  • Anonim
    Ali · 16 Mart 18:3611

    Men özüm hal hazırda maskvadayam Bakı pamidoru 400 500 rubla satlır yalan söhbeti ki 50 qepiq

    Cavab yaz
  • Anonim
    Moskvadan · 16 Mart 18:4921

    YALAN SÖZDÜ MƏN HAZIRDA MOSKVADAYAM.ƏN UCUZ MARKETLIR ŞƏBƏkƏSİ VAR BURDA BAKI POMİDORU 165 RUBLDU.

    Cavab yaz
  • Anonim
    Moskvadan · 16 Mart 18:5021

    BÖYÜK YALANDI.165-200RUBLDU. YƏNİ ELƏ BAKI QİYMƏTİNƏ.

    Cavab yaz
  • Anonim
    lalə · 16 Mart 19:3210

    hə burda bahadı.250r

    Cavab yaz
  • Anonim
    Moskvadan · 16 Mart 19:4320

    Şərhləri niyə vermirsiz burda Bakı pomidoru 165 rubldu

    Cavab yaz
  • Anonim
    Asya · 16 Mart 19:4402

    Yalandir men rusyada YAWAYIRAM 150rubildan ucuz bamidor yoxdur

    Cavab yaz
  • Anonim
    Onur666 · 16 Mart 19:5012

    Mende maskvada yaşayiram duzu bazarlıq bir ele men etmirem unverstetle işle aleqader olaraq mama gil edir 180 200 rubl kl o ki qaldi rle hec vaxd pamidor satilmaz özde bu vaxdı

    Cavab yaz
  • Anonim
    Allah Bendesi · 16 Mart 20:1403

    Beli pamidor 20 manata ola bilmez

    Cavab yaz
  • Anonim
    mən · 16 Mart 20:18130

    Azərbaycanda bütün ərzaqlar və meyvə -tərəvəz bahadır.Bu əslində böyük dərddir.Səbəb isə monopoliyadır.

    Cavab yaz
  • Anonim
    asi · 16 Mart 20:2213

    Yalan söhbətdi.Marketlərdə və bazarlarda ən baha Azərbaycan pomidoru olur həmişə..Yayın ən bol məhsul olan vaxtında ən ucuz pomidor 35 rubl olub, o da rusya məhsulu..Və həm də artıq çoxdan belə bir qayda var rus bazarlarında, satılmayan bütün pomidirların üstə Azərbayxan pomidoru yazıb vururlar.Halbuki hamısı Çin sərhəddində kitayların dərmanla yetişdirdiyi görünüşcə pomidor, tərkibcə zəhərdi.Hətta bu barədə dəfələrlə rus kanallarında da ceriblər və satıcıkar da etiraf edibki Azərbaycan pomidoru adı yalandandı satılsın deyə)..

    Cavab yaz
  • Anonim
    Азери · 16 Mart 21:0722

    Мен москвада уашайырам колосу 50 гепийе памидор не кезир колосу 200 300 манатды

    Cavab yaz
  • Anonim
    mən · 16 Mart 21:5480

    Bu gün Rusiya saytlarında yerləşdirilmiş elanlatdan biri,hətta 1 rubla da var. Продаем томат отличного качества 15 т. 17.00 руб / кг. отправить запрос г. Домодедово сегодня в 20:01:34 Продаем томат 89647254613 89530380894

    Cavab yaz
  • Anonim
    mən · 16 Mart 21:5780

    Огурцы помидоры тепличные с кавказа россия 25.00 руб / кг. отправить запрос г. Моздок сегодня в 09:03:06 Экологичиски чистыи продук с кавказа россия Помидоры тепличные и огурцы — 20.00 руб / кг.

    Cavab yaz
  • Anonim
    Sadixova Afet · 17 Mart 08:2410

    Rafael-Cosqunun sozu olmasin Bakiya Zire pomidoru Zireden yox Rusiyadan gelir.Ona gore bizde bahadir Rusiyada ucuz.

    Cavab yaz
  • Anonim
    Gün · 17 Mart 14:4900

    Dünən öz gözümlə görmüşəm 400qr qablaşdırılmış bakinski pamidor akçıya ilə 140 rub

    Cavab yaz
  • Anonim
    ƏliQulu · 17 Mart 16:33110

    Millət tank, top, raket, robot və s. istehsal edir, bizim istehsalımıza baxın. Made in Azerbaijan (pamidor)

    Cavab yaz
  • Anonim
    Menecer Ahmədov · 18 Mart 22:0300

    Sovet dövründə də mən qışda Azərbaycan xiyar - pomidorunu, narı Moskvada oxuyanda ucuz alıb, Azərbaycana gətirmişəm. Həqiqətən indi də ruslar belə ləzzətli meyvə tərəvəzlərimizə dəyər vermirlərsə tədarükçülərimiz münasib qiymətlərlə elə xalqımıza satsalar, bu gün Quba bazarında xiyar 3 man. pomidor 4 - 5 manata olmaz. Bu qədər yol xərci verib, Rusiyaya tərəvəz daşımaq belə vəziyyətdə məüsədəuyqun deyildir. Lazım olsa rusların öz tədarükçüləri gəlib Azərbaycandan alıb, aparıb, neçəyə sərfəlidir, o qiymətə də satsınlar. Istixanalara bundan sonra xərclənməsi nəzərdə tutulan güzəştli kreditlər heyvandarlıq fermalarının yaradılmasına, kərə yaqı və ət istehsalına yönəldilsin ki, ölkədə ət, yaq bolluqu və ucuzluq yaransın.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.