İqtisadiyyat

Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı artıb

24 Yanvar 2017 23:12
1 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Azərbaycanda elektrik stansiyaları 23,07 milyard kilovatt/saat elektrik enerjisi istehsal edib. Bu, 2015-ci ilin göstəricisindən 0,8 faiz çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 22,05 milyard kilovatt/saatı əmtəə elektrik enerjisinin payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1,1 faiz çoxdur.

2016-cı ildə istehsal olunan əmtəə elektrik enerjisinin ümumi həcmindən 20,06 milyard kilovatt/saatı istilik elektrik stansiyalarının payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1 faiz azdır.

Ötən il su elektrik stansiyalarında 1,91 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu da bir il əvvəlki göstəricidən 24,1 faiz çoxdur.

2016-cı ildə Azərbaycanda külək enerjisi generasiyası gücləri tərəfindən 17,8 milyon kilovatt/saat, günəş enerjisi generasiyası gücləri tərəfindən 66 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.