İqtisadiyyat

Bakıda məşhur şirkətdən işçilərini üzən qərar

27 Yanvar 2015 14:06
0 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövcud bazar mühitində öz rəqabətqabiliyyətliliyini və səmərəliliyini saxlamaq məqsədilə BP şirkəti bir sıra cavab tədbirlərini nəzərdən keçirir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "BP Azərbaycan"dan bildiriblər.

Məlumata görə, belə tədbirlərdən biri də şirkətin bütün dünya üzrə işçilərinin illik əsasda maaşlarının nəzərdən keçirilməsi və müvafiq şəkildə artırılması prosesinin bu il üçün təxirə salınması qərarıdır. Başqa sözlə, şirkətin dünya üzrə işçilərinin 2015-ci il üçün əsas maaşlarının artırılması gözlənilmir: "Bu, bütövlükdə BP şirkətinə aiddir. Bununla belə dünyanın bir sıra yerlərində xüsusi hallarla bağlı bəzi istisnalar ola bilər. Azərbaycanda yerli işçilərin maaşlarının nisbətən artırılması üçün imkanlara baxılacaq və bunun üçün məhdud miqdarda büdcə də nəzərdə tutulub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.