İqtisadiyyat

Xalq Bankdan müştərilərə sərfəli istehlak kreditləri

31 Oktyabr 2014 16:30
Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq Bank dövlət qulluğu orqanlarında (məhkəmə, icra hakimiyyəti orqanlarının, nazirliklərin əməkdaşları, hərbçilər və s.), səhiyyə və təhsil müəssisələrində (özəl müəssisələr də daxil olmaqla) çalışan əməkdaşlar üçün sərfəli istehlak kreditlərindən faydalanmağı təklif edir. Bankın güzəştli istehlak krediti ilə imtiyazlı kateqoriyaya daxil olan müştərilər ehtiyac olan məbləğin yığılmasını gözləmədən mebel və ya elektronika ala, mənzili təmir edə, təhsil haqqını ödəyə, digər ehtiyaclarını və tələbatlarını təmin edə bilərlər.
 

İmtiyazlı kateqoriyaya daxil olan müştərilər üçün istehlak kreditlərini 4 il müddətinə qədər, illik 20%-dən başlayaraq və 10 000 manatadək məbləğdə əldə etmək mümkündür. Kredit həm nağd pul, həm də kredit kartı vasitəsilə verilə bilər. Kredit kartından istifadə zamanı faizlər yalnız xərclənmiş məbləğə hesablanır.
 

İstehlak kreditlərindən əlavə, Xalq Bank müştərilərə sərfəli faiz dərəcəsi ilə ipoteka, biznes, avtomobil, təhsil, sahibkarlıq və digər kreditləri təklif edir. Kreditlər Bankın filiallarında verilir.
 

Bankın kredit məhsulları və digər xidmətləri haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.