İqtisadiyyat

Britaniya şirkətinin Azərbaycandakı filialının fəaliyyəti dayandırıldı

9 Aprel 2014 19:23
Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvafiq lisenziya alınmadan aktivlərin idarə edilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib.
 

Milli.Az bildirir ki,Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, MMC 8 aprel 2014-cü il tarixindən etibarən həmin fəaliyyətin dayandırıldığını bildirib.
 

QKDK "İnnovative İnternational Group Ltd" və ya "Life Division" MMC-nin müştərisi olan investorları bu şirkətlərlə münasibətlərdə, onların Azərbaycan Respublikası ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırır.
 

QKDK aktivlərin idarə edilməsi fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növü olduğunu bildirir və vətəndaşları bu fəaliyyətin reklamları zamanı diqqətli olmağa dəvət edir.
 

Qiymətli kağızlar bazarında lisenziya əsasında fəaliyyət göstərən təşkilatların siyahısı ilə QKDK-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür: http://scs.gov.az/new/?sec=mdata&mid=61&sid=81,79,116&lang=1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.