İqtisadiyyat

Trans-Adriatik boru kəmərinin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alındı

8 Aprel 2014 18:27
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium kəmərin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alıb. Trend xəbər verir ki, bu barədə TAP-ın yaydığı məlumatda deyilir.

İcazə ölkənin Baş naziri Edi Ramanın rəhbərlik etdiyi Albaniya Milli Ərazi Şurası tərəfindən verilib.

Məlumatda qeyd olunur ki, bu, Albaniya hakimiyyəti tərəfindən TAP-a verilən ən vacib icazələrdən biridir: "Bu icazə konsorsiuma Albaniyada tikinti işlərinə başlamağa imkan verəcək".

Məlumata görə, Albaniyada tikinti işləri 2015-ci ildə modernləşdirmə və magistrala çıxan yolların və körpülərin inşası ilə başlayacaq. Bundan sonra boru kəmərlərinin çəkilişi və qaz nəqli infrastrukturu ilə bağlı digər obyektlərin tikintisinə başlanılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.