İqtisadiyyat

"Baltika-Baku" və Milli Olimpiya Komitəsi Dənizkənarı Bulvarda yeni idman meydançası açır

7 Aprel 2014 10:34
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin aprel ayında Bakı sakinlərinin həyatında vacib bir hadisə baş verəcək! Yeni Bulvar ərazisində açıq hava altında yeni "İdman Meydançası" idmanla məşğul olmaq istəyən əhalinin istifadəsinə veriləcək. 10-dan artıq idman qurğusunun quraşdırıldığı bu meydança əhalinin maraq mənbəyinə çevrilib. Bu trenajorların bəzilərinin hətta fiziki imkanları məhdud olan vətəndaşlarımız üçün də nəzərdə tutulması sevindirici haldır.
 
Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Təbii ot örtüyü ilə örtüləcək meydançanın idman qurğuları artıq yerləşdirilib və meydançanın açılışı üzrə işlər sona çatmaqdadır.
 
Milli Olimpiya KomitəsiDənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı və Baltika-Baku şirkətinin sponsorluğu ilə həyata keçirilən "İdman Meydançası" şəhərimizin sakinlərinə təqdim edilən bir hədiyyədir. Meydançanın universal olmasının başlıca səbəbi, idman qurğularından həm 12 yaşdan yuxarı uşaqların, yetkinlərin, yeni idmanla məşğul olmaq istəyənlərin, həm də peşəkar idmanla məşğul olan idmançıların istifadə edə bilməsidir.
 
"Baltika-Baku" şirkətinin baş direktoru Sergey Tolmaçov bu barədə öz fikirlərini bildirdi:

"Bakı şəhərində ilk dəfə olaraq belə bir möhtəşəm proyektin həyata keçirilməsində "Baltika-Baku" şirkətinin də böyük payı olduğuna görə çox şadam! Uzun illər ərzində "Baltika-Baku" sosial məsuliyyəti olan şirkət olaraq hər zaman öz fəaliyyəti çərçivəsində sponsorluq və xeyriyyə işləri aparmışdır və daima idmanın inkişafına dəstək göstərmişdir. İstərdik ki, şəhər sakinləri öz ailələri ilə birlikdə yeni idman meydançasına gələrək, asudə vaxtlarını sağlamlıq üçün sərf etsinlər. İdman sağlamlıqdır! Hamınıza sağlam olmağı arzulayıram!"

* * *

"Baltika-Baku" pivə zavodu Azərbaycanın paytaxtından 10 km aralıqda, Xırdalan şəhərində yerləşir. Zavodun 40 illik tarixi var. 1969-cu ildə zavod istifadəyə verilmişdir və SSRİ-nin ən müasir və ən böyük zavodlarından birinə çevrilmişdir. 1997-ci ildə zavod Group Castel adlı fransız şirkətinin mülkiyyətinə keçmişdi. 1999-cu ildə zavodda böyük miqyaslı rekonstruksiya işləri aparıldı və eyni zamanda Xırdalan və bəzi digər brendlər istehsal edilməyə başladı, hansı ki hazırda da istehsal edilir və insanların istifadəsinə təqdim edilir. 2008-ci ildə zavodun məhsulları bazarın 70%-dən çox hissəsini əhatə etmişdir. 2008-ci ildə isə Carlsberg Group-un hissəsi olan "Baltika" pivə zavodu və Internationales Holding (Eastern) Ltd (BIH Eastern) birgə Xırdalan pivə zavodunun alınması üzrə müqavilə imzalamışdır. 2009-cu ilin əvvəlindən etibarən şirkət "Baltika-Baku" adlanır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.