Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır.
İnstitutdan Trend-ə verilən məlumata görə, bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər əmindirlər ki, termal sular yüksək enerji potensialına malikdirlər. Həmçinin yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür. Bu cür texnologiyalar dünyada mövcuddur və özünü doğruldub.
Tədqiqatlar "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrə uyğun qaydada aparılır və əsas məqsəd tükənməyən enerji əldə etməkdir.
İşlər institutun Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir.
Y.İsrafilov qeyd edir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə, quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır.
Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasili Lavruşinlə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər.
Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir.
Həmçinin yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir.
Milli.Az
İqtisadiyyat
Azərbaycanda yeni üsulla elektrik enerjisi alınacaq?
4 Fevral 2014 10:13
0 Şərh
Baxış: 1 317
DİGƏR XƏBƏRLƏR
- Ekspert: COP29-dan yeni iqlim maliyyəsi hədəfləri üzrə irəliləyiş gözləyirəm
- COP29 tədbirlərində altı rəsmi dilə tərcümə olacaq
- Azərbaycanda Gömrük Forumu keçiriləcək
- Bakıda məşhur restoranda saxta spirtli içkilər aşkarlandı
- Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
- Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
XƏBƏR LENTİ
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu