Mədəniyyət

Türkan Şorayın Azərbaycana gələcəyi tarix dəyişdirilib

25 Noyabr 2015 14:15
2 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktrisası Türkan Şorayın Azərbaycana gələcəyi tarix dəyişdirilib.

"Report" xəbər verir ki, aktrisa Bakıya dekabrın 9-da gələcək.

Buna baxmayaraq, onun rejissoru olduğu "Uzaklarda arama" filmi sabahdan etibarən Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Filmin qala-gecəsi isə Türkan Şorayın iştirakı ilə baş tutacaq.

Nizami Kino Mərkəzində keçiriləcək qala-gecəsinə Türkiyədən 6 nəfər qatılacaq.

Filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.

Qeyd edək ki, Türkan Şoray Bakıya noyabrın 26-da gəlməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.