Mədəniyyət

"Eurovision" iştirakçıları Bakıda duet oxudular - FOTO - VİDEO

1 Aprel 2015 19:20
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu mənəm-2" layihəsinin maraqlı duet ortaqlarından biri "Eurovizion" yarışmasının qalibi Eldar Qasımov və "Uşaq Eurovizion" yarışmasının Azərbaycan təmsilçisi Rüstəm Kərimovdur.
 

"Gülümsə" mahnısı ilə hər kəsi yalnız gülümsəməyə dəvət edən cütlüyün studiyada səs yazması da maraqlı keçib. Layihə rəhbərləri və hər bir mahnının musiqi müəllifləri Bəbir Ülviyyə Bəbirli bildirib: "Eldar mahnının aranjmanından tutmuş, məşq proseslərinə kimi bizimlə oldu. Digər həmkarları qədər böyük həvəslə layihəyə dəstək oldu".
 

Qeyd edək ki, mahnının sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.

R.Kərimov fortepiano dərsləri alır. Hər il Rəşid Behbudova həsr olunmuş yubiley konsertlərində iştirak edir. "Böyük səhnə" müsabiqəsində qonaq qismində çıxış edib. 2013-cü ildə Azərbaycanı "Uşaq Avroviziya" müsabiqəsində layiqli şəkildə təmsil edib.
 

Başa çatmaqda olan "Bu mənəm-2" - istedadlı uşaqlara dəstək göstərən sənətçilər arasında E.Qasımovla yanaşı, Tünzalə Ağayeva, Samira Allahverdi, Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər Gülnar Rəhman da var.

Milli.Az




Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.