Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı növbəti mövsümünə start verir - FOTO

18 Sentyabr 2014 16:05
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabr ayının 20-də saat 12.00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" tamaşası ilə start verəcəkdir.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən əmlumata görə, iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, Roza İbadova, İradə Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov, Xaliq Bəkirov, Vüsalə Qubadova iştirak edəcəklər.

Həmin gün saat 19.00-da görkəmli dramaturq İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası baş tutacaqdır.

Quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.