Mədəniyyət

Mingəçevir Dövlət Dram Teatrı yeni tamaşalar hazırlayır - VİDEO

3 Aprel 2014 14:19
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tamaşaçı qıtlığından heç vaxt əziyyət çəkməyən teatr. Bu, Mingəçevir Dövlət Dram Teatrıdır.

Milli.Az EL TV-yə istinadən bildirir ki, teatrın nəzdində fəaliyyət göstərən "İnam" studiyasının rəhbəri, ömrünün 46 ilini teatr sahəsinə həsr edən, respublikanın xalq artisti Zülfüqar Abbasov deyir ki, teatr günün tələblərinə cavab verən tamaşalar təqdim etsə, insanların zövqünü oxşamağı bacarsa, heç vaxt tamaşaçı ilə bağlı problemi olmaz. Deyilənləri əsas götürən teatrda hazırda yazıçı Arif Mədətovun "Aylı gecə" əsəri üzərində iş gedir.

Quruluşçu rejissoru Zülfüqar Abbasovun olduğu tamaşanın bu ay təhvil verilməsi nəzərdə tutulub. Bundan başqa, ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış "1001 gecə", "Mən səni sevirəm", "Məhv olmuş gündəliklər" tamaşaları yenidən teatrsevərlərin ixtiyarına veriləcək.  Teatr həmçinin kütləvi meydan tədbirlərində aktiv iştirak edir. Teatrın nəzdindəki "İnam" studiyası isə gənc istedadların üzə çıxarılması istiqamətində iş aparır. Bölgədəki mühüm mədəniyyət ocaqlarından olan Mingəçevir Dövlət Dram Teatrının açılışı 1969-cu ildə Cəfər Cabbarlının "Almas" pyesi ilə olub. Hazırda teatrın 114 işçisi var. Onların  27-si yaradıcı heyətdir. Teatrda Ella Yaqubova, Akif Muradov kimi əməkdar artistlər fəaliyyət göstərirlər.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.