Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının kollektivi yeni tamaşalar hazırlayır

3 Aprel 2014 11:33
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
119-cu mövsümünü yaşayan Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi yeni tamaşalar hazırlayır.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hazırda sənət ocağının səhnəsində Marat Haqverdiyevin əsəri əsasında səhnələşdirilən "Üç dəniz əfsanəsi" tamaşasının məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Ramiz Vəliyevdir. Quruluşçu rəssamı Vahab Cəfərov olan səhnə əsərinin video və musiqi tərtibatı Yusif Cəfərova məxsusdur. Tamaşa üzərində 20-yə yaxın aktyor heyəti çalışır.

Ramiz Vəliyev - quruluşçu rejissor: "Bakı-Ceyhan neft boru kəmərinin çəkilişlərinin başlaması, o dövrlər yadınıza gəlirsə, çox ağır dövrlər idi. Neft boru kəmərinin çəkilişinə maneələr çox olurdu. Bu tarixi hadisələrdir, müəllif də bu hadisələri əks etdirib".

Tamaşada xroniki sənədli film canlı aktyor oyunu ilə sintez olunacaq. Hadisələr mavi ekranda başlayaraq səhnəyə keçəcək. "Üç dəniz əfsanəsi" tamaşasının ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təhvil verilməsi planlaşdırılır.  Qeyd edək ki, sənət ocağı digər teatrların rejissorları ilə də əməkdaşlıq edir. Belə ki, bu mövsüm təhvil verilməsi planlaşdırılan Nodar Dumbadzenin "Ağ bayraqlar" əsərinə quruluş vermək üçün Gürcüstandakı Azərbaycan teatrında fəaliyyət göstərən rejissor Namiq Hacıyev dəvət olunub. Aziz Nesinin "Bursa gəlin"i isə Şəki Dövlət Dram teatrının rejissoru Mirbala Səlimli tərəfindən səhnələşdiriləcək. Teatrın kollektivi İlyas Əfəndiyevin 100 illik yubileyi ərəfəsində, ədibin "Unutmaq istəyirəm" pyesini səhnələşdirəcək ki, bu əsərə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək.
  
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.