Fevralın 20-də Bakıda Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyalar müəllifi Rəşad Ələkbərovun fərdi sərgisinin açılışı mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, ÜNS Yaradıcılıq Səhnəsinin bədii rəhbəri Nərgiz Paşayeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərginin açılışında çıxış edən "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbirə gələn qonaqları salamlayıb: "Burada çox tez-tez görüşməyə başladığımıza görə çox şadam. Biz yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başladıq. Sərgi böyük uğurla keçdi. Bu gün biz mənim çox sevdiyim rəssamlardan biri - Rəşad Ələkbərovun işlərini diqqətinizə çatdırırıq".
Aida Mahmudova bildirib: "Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi var. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur".
Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.
Aida Mahmudova qeyd edib ki, Rəşad Ələkbərovun işləri müxtəlif muzeylərdə, müxtəlif ölkələrin qalereyalarında, sərgi zallalarında nümayiş olunub.
"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri bidirib: "Rəssam müxtəlif kölgə installyasiyaları yaradıb, çoxlu maraqlı layihələr olub. Biz qərara gəldik ki, bugünkü sərgidə onun vizual məzmunlu işlərini daha sadə formada təqdim etmək daha yaxşıdır. Bugünkü konsepsiyanın əsas elementi sözdür".
Aida Mahmudova rəssamın malik olduğu bir sıra insani keyfiyyətləri də qeyd edib. Onun sözlərinə görə, Rəşad son dərəcə təvazökar, saf və dərin insandır.
Aida Mahmudova rəssama gələcək yaradıcılıq uğurları arzulayıb: "Şadam ki, bizim Rəşad Ələkbərli kimi həmkarımız və dostumuz var".
Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib.
Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın "Lost in translation. This too shall pass" ("İtmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində "YARAT" Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib.
Rəssamın işlərində işığın sardığı obyekt çox zaman xaotik struktura malikdir, odur ki, biz onu hər hansı asanlıqla tanınan maddi əşya ilə əlaqələndirdikdə çətinlik çəkəcəyik. Əlbəttə ki, installyasiyaların məkanı ilə əhatə olunan əşyaları asanlıqla tanımaq iqtidarındayıq, fəqət onların bir-biri ilə uyğunsuzluğu sadə təsadüfə, hətta cəfəngiyyata bənzəyə bilər. Bu, həm müxtəlif bucaq altında və vəziyyətlərdə yerləşdirilmiş ağac reykalarının topası, dəmir çubuqların və ya istehsal-məişət borularının əcaib və tamamilə məntiqsiz birləşməsi, həm də səliqəsiz şəkildə səpələnmiş əşyaların, qutuların, meyvələrin və hər cür bəzək-düzəklərin yığını ola bilər. Demək olar ki, obyekt kimi istənilən əşya, hətta estetik cəhətdən mükəmməl biri hesab edilən predmet də seçilə bilər... Lakin hər halda, bu, yaradıcı, hərdən zibil nizamsızlığının saldığı kölgə səmtsiz deyil, əksinə, istər simmetrik ornamental kompozisiya ("Şərq" kölgə installyasiyası, 2011), istərsə də fiqurativ, demək olar ki, realistik insan rəsmi ("Şüşələrdən çəkilmiş portret", 2011) və ya zəif pastel rəngləri ilə bərq vuran səfalı mənzərə ("Fly to Baku" sərgisi, 2011) olsun, yaranan kölgə surəti dəqiq çəkilmiş konturlara malikdir.
Azərbaycan və onun xaricində rəssamın maraqlarını bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının Yay qalereyası təmsil edir.
Rəssamın sənət işləri daha öncə Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və BƏƏ-də nümayiş etdirilib.
Sərgi martın 20-dək davam edəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Mədəniyyət
Bakıda Rəşad Ələkbərovun fərdi sərgisi açılıb - FOTO
21 Fevral 2014 11:20
Baxış: 4 904
DİGƏR XƏBƏRLƏR
- CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
- Əməkdar artist vəfat etdi - FOTO
- Şuşada “Xarıbülbül” Beynəlxalq Festivalı çərçivəsində “Anadolu Atəşi” ansamblının konserti olub - FOTO
- VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışından reportaj FOTO
- Xarici ulduzlar Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı haqqında təəssüratlarını bölüşüblər - FOTO
- "Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
XƏBƏR LENTİ
- Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?
- Azərbaycanda bu məhsul BAHALAŞA bilər
- Bu rayonlara sel gəldi - YENİLƏNİB - VİDEO
- Samir Bağırov kimdir? - Səhnəyə hamam xalatında çıxan...
- Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar
- Birbaşa danışıqlar ən müsbət formatdır - XİN rəhbəri
- Yunus Oğuz ilə BƏYAZ MMC arasında müqavilə imzalandı
- Köç karvanı Şuşaya çatıb - YENİLƏNİB - VİDEO - FOTOlar
- Ermənistan və Azərbaycan xarici işlər nazirlərindən müsbət sözlər eşidirəm - İan Borq
- Sizin inancınız da arxasınca düşdüyünüz bir neçə keşiş kimi saxtadır - Baqdasaryan
- Tikintisi davam edən Əhmədbəyli-Füzuli-Şuşa yolunda son vəziyyət - FOTO
- Rusiyadan 4 türk ölkəsinə xəbərdarlıq
- Rafiq Hüseynov: “Söz demişdi, utandım ki, Taleh yalançı çıxar” - VİDEO
- "Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə"
- Paşinyan İlham Əliyevin daha bir tələbini yerinə yetirdi
- Saatlıq əməkhaqqı tətbiq olunarsa, maaşlar artırılacaq? - Ekspert AÇIQLADI
- Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”
- Ceyhun Bayramov ATƏT sədri ilə müzakirə etdiyi məsələləri açıqladı
- Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
- Sabah yenə yağış yağacaq
- Xəzərdə 26 kq narkotik aşkar olundu - FOTO
- Orxan Lökbatanlı meyxanadan buna görə uzaqlaşıb
- Hitlerin səhvini Rusiya edir - Feldmandan şok
- Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib