Hadisə, Kriminal

Bakı yaxınlığında piyada qadını öldürüb qaçan sürücü saxlanılıb - FOTO

25 Aprel 2014 10:18
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

APA-nın məlumatına görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri zamanı ötən gün Novxanı qəsəbəsində Abbasova Rəvanə Aydın qızını vuraraq qaçan sürücü İsmayılov Ələkbər Salman oğlu saxlanılaraq istintaqa təhvil verilib. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ələkbər İsmayılov "10 GG 012" dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili yüksək sürətlə idarə edib.  O, yolun əks istiqamətində piyada keçidi vasitəsi ilə yolu keçmək istəyən Lerik rayon sakini Abbasova Rəvanə Aydın qızını vuraraq hadisə yerindən qaçıb.  Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hadisə şahidlərindən alınan ilkin ifadə zamanı sürücünün Binəqədi qəsəbəsi istiqamətində hərəkət etdiyi müəyyən olunub.
 
Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü Ələkbər İsmayılov hadisə yerindən qaçmağını qorxaraq şok vəziyyətə düşdüyü ilə əsaslandırıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.