Kriminal

"Satmamışam, evə qoymuşam" - Çay evini soyan oğru - VİDEO - FOTO

14 Mart 2017 15:24
0 Şərh     Baxış: 4 085

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sentyabr ayından bu ilin mart ayına kimi şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Əşrəf Qəniyev saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, araşdırma zamanı Qəniyevin ümumilikdə altı çay evi, bir market və 3 fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor və kondisionerlər oğurlaması müəyyən edilib.

Əşrəf Qəniyev - saxlanılan şəxs: "Plazma televizor götürmüşəm. Ayrı-ayrı çay evinə girib götürmüşəm. Satmamışam. Qoymuşam evə".

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.