Kriminal

Bakıda söyüş üstündə qətl törədən şəxsə hökm oxundu

3 Sentyabr 2015 15:08
3 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə F.Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il noyabrın 1-də Hökməli qəsəbə sakini Fəqani Şükürov tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə qətlə yetirib. İlkin araşdırmalarla müəyyən edilib ki, F.Şükürov yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşidərək bayıra çıxıb, orada 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb.

Bundan sonra, F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus ov tüfəngindən atəş açıb, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istəyərkən döş nahiyəsindən xəsarət alıb. F.Şükürov K.Qurbanovu özünə məxsus "NİVA" markalı avtomobillə xəstəxanaya apararkən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.