Kriminal

Bakıda əcnəbilər külli miqdarda saxta dollar satıblar

27 Aprel 2015 13:41
1 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda külli miqdarda saxta dollarlar aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100-dollarlıq əskinası satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100-dollarlıq əskinas da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.