Kriminal

"Avropa" otelində qətlə yetirilən bankir kimdir? - YENİLƏNİB - FOTO

22 Aprel 2015 10:47
40 Şərh     Baxış: 26 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:47

APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

---------
10:02

Məşhur "Avropa" otelində bankirin qətlinin təfərrüatları məlum olub. Milli.Az-ın Nəsimi Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, "Zaminbank"ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədov otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

30 yaşlı A.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

---------
09:14

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən "Avropa" otelində baş verib.

İnsident otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb. Belə ki, onlarla hələlik kimliyi məlum olmayan iki nəfər şəxs arasında mübahisə düşüb və naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, R.Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisədən sonra əraziyə Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb ediliblər. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Ruslan Əfəndiyev:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.