Ölkə

Anasını qətlə yetirən oğul tutuldu

30 May 2017 12:33
14 Şərh     Baxış: 2 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.