Ölkə

Magistratura səviyyəsində 20 yeni ixtisas yaradıldı

18 Mart 2017 09:17
2 Şərh     Baxış: 876

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"na dəyişiklik edib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.
 
Mədəniyyət və incəsənət ixtisasları qrupuna "İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)", "Xanəndəlik", " Vokal ifaçılığı (sahələr üzrə)", "Aşıq sənəti", Dirijorluq (növlər üzrə)", "Bəstəkarlıq", "Musiqi tarixi", "Musiqi nəzəriyyəsi", "Populyar musiqi və caz ifaçılığı", "Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)", "Aktyor sənəti (sahələr üzrə)",  "Dekorativ sənət (sahələr üzrə)", "Rejissorluq (sahələr üzrə)", "Operator sənəti (sahələr üzrə)", "Rəngkarlıq (sahələr üzrə)" , "Qrafika (sahələr üzrə)", "Heykəltəraşlıq" və "Dizayn (sahələr üzrə)"ixtisasları əlavə edilib. Texniki və texnoloji ixtisaslar qrupuna isə neft-qaz mühəndisliyi üzrə "Yatağın qiymətləndirilməsi və idarə olunması", kimya mühəndisliyi üzrə "Neft və qaz texnologiyası" ixtisasları əlavə edilib.
 
Beləliklə, ali təhsilin magistratura səviyyəsi üzrə mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb. İndiyə qədər bu qrup üzrə ali təhsilin magistratura səviyyəsində cəmi 46 ixtisas olub. Dəyişikliyə əsasən bu qrupp üzrə 18 yeni ixtisas yaradılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    N · 18 Mart 09:3610

    şagird calb etmäydan ötrü.aşbazlıq,bärbär,çilingr va s. fakultalarinda älava edacaklar.

    Cavab yaz
  • Anonim
    Platin · 18 Mart 10:2900

    Magistr diplomlu zurnaçalan. Zarafat edirsiz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.