Ölkə

Daxili orqanından 40 büküm narkotik vasitə və psixotrop maddə çıxdı

23 Yanvar 2017 17:28
3 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə - heroin, 20  bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə - tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.