Ölkə

"Qızılgül ruhi xəstədir"- Özünü güllələyən qızın atası - YENİLƏNİB

1 Dekabr 2016 15:09
9 Şərh     Baxış: 2 638

15:09

Astara rayonunda özünü güllələyən 15 yaşlı qızın atası hadisəyə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Polad Əliyev aznews.az-a açıqlamasında qızının ruhi xəstə olduğunu deyib:

"Qızılgül xəstədir. Dəfələrlə psixoloji müalicə alıb, özü də qeydiyyatdadır. Bununla bağlı sənədləri var. Bu xəstəlik onda anadangəlmə deyil, sonradan yaranıb. Xəstə olduğu üçün məktəbdən çıxartdım".

Polad Əliyev hadisə zamanı qızının evdə tək olduğunu bildirib: 

"Ata-babadan yadigar evdə tüfəng var. Bu da evdə tək olanda qurğuşunu götürüb tüfəngə qoyub, sonra da çəkib. Mənim qızım uşaqdır. Onun məcburi kiməsə ərə veriləcəyi ilə bağlı məlumatlar yalandır. Bizim ailədə belə bir söhbət olmayıb".

----------

13:35

Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.

Həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub:

"Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər".

Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynlərinin onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Aydlndl · 1 Dekabr 13:4230

    15 yaw hara sevgi hara?

    Cavab yaz
  • Anonim
    Namiq. · 1 Dekabr 14:0401

    Dehwetdi vallah.15 yawli qiz ne er davasi doyur?bunun ozu ana betninden hele teze cixib

    Cavab yaz
  • Anonim
    Voila · 1 Dekabr 14:2200

    Deyermi kimese gore oz heyatina qest etmek ?öıdükden sonra vallah u quruna heyatini son verdiyin seni hec xatirlamayacaq cunki insan unutqandi

    Cavab yaz
  • Anonim
    Emi · 1 Dekabr 15:0100

    Indiki usaqlara soz demek olmur,o saat santaja el atirlar.15 yasli qizin aile quran vaxtidir?

    Cavab yaz
  • Anonim
    QQ- · 1 Dekabr 15:1911

    Qiz ruhi xeste olsa qonsular bilmezdiler ???Ata yeni qizina bile bile xestelik damgasi qoyur ???Hansi ata buna razi olar ?

    Cavab yaz
  • Anonim
    şehla · 1 Dekabr 15:2000

    baxın burda yene de valideyınin sehlenkarlığı oldugu qeyd olunur. axı sen bılırsen senın qızı ruhu xestedi, o her an özüne ziyan vura bıler. o tüfengın ne işi var ele evde. bir az olsada gözü açiğin olunda, gerek ne ölüm anında nede kı ölenden sonra tüfengin gizletmeyın ne anlamı var. burdanvalıdeyınlete seslenırem . istıyır ovladınız nece yasda olur olsun gözlerınız üstğnde olsun.

    Cavab yaz
  • Anonim
    Güllü · 1 Dekabr 15:5400

    ruhi xeste tüfengi hazir veziyyete getire bilir?

    Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 16:3900

    Ruhi xəstə tüfəngin lüləsini necə açıb patron qoyur dədə baba tüfəngi çox ağır olur

    Cavab yaz
  • Anonim
    teselli · 1 Dekabr 16:4100

    ruhi xestedi evde neye saxlayirsan axi. apar yerlesdir xestexanaya.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.