Ölkə

"Meydan TV" və "Sancaq" bağlansın - TƏLƏB

30 Sentyabr 2016 15:00
Baxış: 4 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkilli Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı sərt çıxış edib.

Mili.Az publika.az-a istinadən bildirir ki, deputat bildirib ki, "Meydan TV", "Sancaq" sosial səhifəsində dövlət rəhbərinə qarşı cəfəng yazılar yazılır:

"Adam bu cür yazılanları utandığından oxumaq belə istəmir. Bizi kimsə mətbuatda tənqid etsə, az qalırıq məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.