Ölkə

Azərbaycanlı məşhur müğənninin qohumunu öldürüb basdırdılar - FOTO

29 Avqust 2016 12:42
2 Şərh     Baxış: 7 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 3 il əvvəl itkin düşdüyü barədə xəbər yayılmış şəxsin öldürüldüyü üzə çıxıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyidi eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.