Ölkə

Nazir qəza ilə bağlı Sumqayıta getdi - Yaralılar paytaxta gətirilirlər - YENİLƏNİB

30 May 2016 14:03
2 Şərh     Baxış: 4 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:03

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına baş çəkib.

Bu barədə Trend-ə Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə köçürülməsinə başlanılıb. Artıq xəstələrin bir hissəsi təcili tibbi yardım maşını ilə Sumqayıta gətirilib. Qalan xəstələr də yaxın saatlarda xəstəxanaya gətiriləcək.

O.Şirəliyev bundan əvvəl yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə baş çəkmişdi.

----------

11:45

Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Xızı rayonunda baş verən ağır yol qəzası nəticəsində xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 15 nəfərə baş çəkib.

APA-nın verdiyi məlumata görə, nazir xəsarət alanların səhhəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.

Qeyd olunub ki, qəza zamanı ağır bədən xəsarətləri olan 15 nəfərin müalicəsi paytaxtdakı tibb müəssisələrinin birində davam etdiriləcək.

Həmin şəxslər Bakıdan gələn təcili tibbi yardım maşınları ilə paytaxta aparılacaq.

Qeyd edək ki, ötən gün Xızıda "Hyundai" markalı mikroavtobus dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

----------

11:19

Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib.

Milli.Az report-a istinadən bildirir ki, nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir.
Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib.
Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.
Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.