Ölkə

Şəhidlərimizin medalları ailə üzvlərinə təqdim edildi

18 May 2016 14:22
Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun baş leytenant Mirzə Novruzov və əsgər Müşviq Orucov "Vətən uğrunda", Kamran Şirəliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

Milli.Az report-a istinadən bildirir ki, hərbçilərin təltif olunduqları medallar mayın 18-də ailə üzvlərinə təqdim olunub.
M.Novruzovun medalı oğlu Nihata, M.Orucovun medalı anası Aygün Orucovaya, K.Şirəliyevin medalı isə anası Elmira Şirəliyevaya təqdim edilib.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev şəhidlərin ailələrinə başsağlığı verib. O bildirib ki, Azərbaycan ordusu hər gün güclənməkdədir: "Düşmənin hər bir təxribatını dəf etməyə qadirdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.