Ölkə

Metroda qəribə qadağa - Qanunu kim pozur?

30 Aprel 2016 15:22
10 Şərh     Baxış: 3 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda metroda 10 dəqiqədən artıq gözləmək qadağan imiş. Qafqazinfo xəbər verir ki, bu barədə jurnalist İlahə Vəliyeva sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, bu gün polis 10 dəqiqədən artıq metrostansiyada gözlədiyi üçün ona xəbərdarlıq edib:

"İlk dəfədir görürəm ki, stansiyada oturub kimisə 10 dəqiqədən artıq gözləmək qanun pozutunsudur. Hazırda metronun "Azadlıq" stansiyasında oturacaqda 15 dəqiqədir ki, gözləyirəm. 10 dəqiqədən sonra polis məndən soruşdu ki, kimi gözləyirsiz? Dedim tanışımı. Deyir olmaz, bura park deyil. Soruşdum ki, harada yazılıb ki, olmaz. Dedi ki, bütün qatarlarda yazılıb ki, 10 dəqiqədən artıq içəridə gözləmək olmaz".

Jurnalist daha sonra Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə zəng vurub. Qurum sözçüsü isə belə bir qanunun olmadığını qeyd edib.

Polis isə bu barədə Daxili işlər naziri Ramil Usubovun xüsusi göstəriş verdiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.