Ölkə

Köçkün yerlisini qətlə yetirən "zek"ə cinayət işi açılıb

29 Oktyabr 2015 12:20
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mill.Az xəbər verir ki, oktyabrın 26-da Mingəçevir şəhərində, məcburi köçkünlər üçün yeni salınan qəsəbədə Ağdam rayonundan olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün, 1984-cü il təvəllüdlü Əhmədov Şakir Rövşən oğlu öz həmyerlisi, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Rəhimov Bəxtiyar Elmdar oğlunu öldürüb.
 
Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətdikdən sonra Ş.Əhmədov qaçaraq gizlənib.

Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Bəxtiyar Rəhimovu odlu silahdan açdığı atəşlə qətlə yetirib hadisə yerini tərk edən, əvvəllər məhkum olunmuş Şakir Əhmədov saxlanılıb.

Mingəçevir Şəhər Prokurorluğundan Milli.Az-a bildiriblər ki, təqsirləndirilən şəxs qismində saxlanılan 31 yaşlı Şakir Əhmədov ilkin ifadəsində hadisəni şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı törətdiyini deyib. İstintaq sirri olduğundan hələlik əlavə təfərrüatlar açıqlanmır. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir. 
 
Pünhan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.