Avto

Ford-dan yeni S-Max - FOTO

20 Sentyabr 2014 21:14
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Ford" şirkəti yeni "S-Max"-ı ictimaiyyətə təqdimetmə proseduruna başlayıb. O, indiki "Ford Focus" üslubunda xarici görünüş, daha çox avadanlıq, yeni platforma alıb, lakin istehsalçı hələlik informasiyanın bir hissəsini sirr olaraq saxlayır. 

Milli.Az auto.az-a istinadən bildirir ki, miniven yeni nəsil sedan "Ford Mondeo" ilə eyni platforma alıb. "Ford"da hələlik mühərrik qamması barədə məlumat verməyə tələsmirlər, lakin bəzi məlumatlara görə, miniven üçün əsas mühərrik 2,0-litrlik dizel olacaq. Onu birbaşa 3 variantda (118-dən 117-ə qədər a.g.) təklif edəcəklər. 

Yeni "S-Max" 240 a.g. verən 1,5-dən 2,0-litrə qədər həcmi olan "EcoBoost" ailəsinə məxsus benzin mühərriklər də alacaq. Məlumdur ki, dizel ilə işləyən minivenlər yalnız 6-pilləli "mexanika", benzin versiyaları isə ikili muftası olan "robot" ilə təchiz ediləcəklər. 

Miniveni hər üç oturacağı tənzimləyən elektrik idarəetmə sistemi, arxa sərnişinlər üçün əlavə təhlükəsizlik yastıqları, qabaq oturacaqlarda qızdırılma, ventilyasiya və massaj funksiyaları ilə təchiz edəcəklər. 

Baqaj qapısını ayağı arxa bamperin altına uzatmaqla açmaq olacaq. Bu funksiya krossover "Ford Kuga"da da var. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.