Cəmiyyət

Bakıda 8-zolaqlı yeni avtomobil yolundan xəbər var - FOTO

8 Aprel 2014 12:19
0 Şərh     Baxış: 2 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nobel prospektinə paralel 8-zolaqlı yeni avtomobil yolunun inşası davam edir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, avtomobil yolunun uzunluğu 2200 metr təşkil edəcək.

Onun sözlərinə görə, yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. P.Mürsəliyev əlavə edib ki, piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş çıxışlı olacaq: "Piyada keçidlərinin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaq. Piyada keçidlərinin birində əsas işlər yekunlaşıb, digər iki piyada keçidində işlərin 60 faizi görülüb. Hazırda tikinti işləri davam etdirilir".

P.Mürsəliyevin sözlərinə görə, 2015-ci ilə qədər həmin yolun istismara veriləcəyi gözlənilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.