Cəmiyyət

Bakıda mərkəzi yollardan birində təmir işləri başlayıb - FOTO

8 Aprel 2014 13:20
0 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mərkəzi yollardan birində təmir işlərinə start verilib

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan 300 metrlik hissəsində bu gün səhər saatlarından birinci qat asfalt-beton örtüyünün vurulmasına başlanılıb.

Onun sözlərinə görə, sabah isə ikinci qat asfalt-beton örtüyü vurulacaq. ASC rəsmisi qeyd edib ki, bundan sonra kommunikasiya quyularının qapaqları dəyişdiriləcək və bu işlərdən sonra yolun xətlənməsinə başlanılacaq.

Qeyd edək ki, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə təmirə bağlanıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.