Dünya

Fransada koronavirusun beşinci dalğası: virusun yayılması sürətlənir

11 Noyabr 2021 19:42
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa koronavirus epidemiyasının beşinci dalğasının başlanğıcındadır.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran deyib. "Bir neçə qonşu ölkə artıq COVID-19 epidemiyasının beşinci dalğası ilə üzləşib. Fransada hazırkı vəziyyət beşinci dalğanın başlanğıcına bənzəyir", - deyə Olivye Veran bildirib. Onun sözlərinə görə, ölkədə virusun yayılması sürətlənir. Ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 10 min nəfəri ötür.

Pandemiyanın statistikasını aparan "Worldometer" saytının məlumatına əsasən, son sutka ərzində Fransada 11 min 883 nəfər COVID-19 infeksiyasına yoluxub, 33 nəfər həyatını itirib.

İndiyədək ölkədə koronavirusa yoluxanların sayı 7 milyon 244 min nəfəri ötüb, ölənlərin sayı 118 min 56 nəfərə çatıb, 6 milyon 990 min nəfər isə xəstəlikdən sağalıb.

Fransa koronavirusa yoluxanların sayına görə dünyada 7-ci, ölüm hallarının sayına görə isə 12-ci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.