Dünya

Məşhur deputat kilsədə öldürüldü - FOTO

16 Oktyabr 2021 07:05
0 Şərh     Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Esseks qraflığının Li-on-Si şəhərində silahlı şəxs hakim Mühafizəkarlar Partiyasından deputat ser Devid Emmesə bıçaqla hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, silahlı hücum 69 yaşlı siyasətçinin yerli kilsədə vətəndaşlarla görüşü zamanı baş verib.

Məlumata əsasən, silahlı deputata bir neçə bıçaq zərbəsi vurub. D.Emmesə tibbi yardım göstərilsədə, onun həyatını xilas etmək mümkün olmayıb və deputat aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polis əməkdaşları hücum edən şəxsi saxlayıblar. Onun silahlı hücumunun səbəbi hələ məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.