Dünya

İranda 2-18 yaşındakı uşaqlara da peyvənd vurulacaq

10 Sentyabr 2021 21:31
0 Şərh     Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kuba istehsalı olan "Soberana-2" peyvəndinin İranda 2 yaşından 18 yaşınadək olan uşaqlara vurulmasına icazə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Sanitar və Qida Keyfiyyətinə Nəzarət İdarəsinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, Kuba peyvəndi İranda "PastoCoVac" adı ilə istehsal edilir və sentyabr ayının ikinci yarısından etibarən 2-18 yaşındakı uşaqlara vurulacaq. Bu peyvənd sınaqdan keçirilib və səmərəli olduğu müəyyənləşib.

İranın Səhiyyə Nazirliyi isə son 24 saat ərzində ölkədə 26 min 821 nəfərin koronavirusa yoluxması, 505 nəfərin yoluxaraq ölməsi haqqında məlumat yayıb. Məlumata əsasən İranda virusa yoluxanların ümumu sayı 5 milyon 237 min 799 nəfərə, ölənlərin sayı isə 112 min 935-ə çatıb.

Xəstəxanalarda müalicə alan 7 min 486 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 4 milyon 481 min 814 nəfər müalicə alaraq sağalıb.

Nəzərə çatdırmaq lazımdır ki, İranda peyvənd çatışmazlığı məsələsi artıq həll olunub. Ölkədə əhalinin peyvəndlənməsi prosesi sürətlə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.