Dünya

Gürcüstanda vaksin olunanlar bu xidmətlərdən ödənişsiz istifadə edəcək - Yeni QƏRAR

1 Sentyabr 2021 21:41
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Ədliyyə Nazirliyi koronavirus əleyhinə tam vaksin olunan şəxslərə güzəştlər tətbiq edəcək.

Milli.Az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, peyvəndin hər iki dozasını vurduranlar nazirliyin xidmətlərinin bir qismini ödənişsiz, bir qismini isə yarı qiymətə əldə edəcəklər.

Ödənişsiz xidmətlərə fərdi sahibkarın qeydiyyatı, qeydiyyata dair məlumatların dəyişdirilməsi, ləğvi və daşınmaz əmlak bəyannaməsinin yenilənməsi daxildir 50 %-lik endirimdən isə evliliyi əngəlləyən hallar barədə bildirişin alınması və şəxsiyyət vəsiqəsinin sertifikatının yenilənməsi xidmətlərindən istifadə zamanı yararlanmaq mümkün olacaq.

Ədliyyə evlərində və icma mərkəzlərində göstəriləcək güzəştli xidmətlərdən istifadə üçün öncədən növbəyə yazılma tələb edilmir.

Qeyd edək ki, avqustun 31-nə olan məlumata əsasən, Gürcüstanda COVID-19-a qarşı peyvənd olunanların sayı 1 184 306 nəfər təşkil edir. Onların 27,7 %-i bir dozanı, 13,8 %-i isə hər iki dozanı alıb. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.