Dünya

Antalyada meşələri KİM YANDIRIB? - Sevgilisi polisə elə bir səs yazısı verdi ki...

23 Avqust 2021 18:36
0 Şərh     Baxış: 1 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Antalya şəhərinin Manavqat və Akseki bölgələrində meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, sevgilisinin səs yazısını polisə təqdim edən qadın (Özlem T.) onun 1000 lirə qarşılığında meşələri yandırdığını və əlavə olaraq 250 lirə də ödənildiyini deyib. 

Özlem T. polisə açıqlamasında qeyd edib ki, bu barədə sevgilisi özü ona məlumat verib.

Özlemin qeyd etdiyinə görə, meşəni yandırmaq üçün Aliyə ödəniş edən şəxslər tapşırıblar ki, saxlanılacağı təqdirdə  içki aludəçisi və ya narkotik asılılığı olduğunu desin. 

Ali T. haqqında söylənilən ittihamları rədd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.