Dünya

4 insanda koronavirusa qarşı superimmunitet tapıldı

9 İyul 2021 21:55
0 Şərh     Baxış: 1 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu insanların qanında koronavirusun 23 ştammını neytrallaşdıran antitel var.

Milli.Az xəbər verir ki, beynəlxalq elmi qrupun yeni araşdırmasının nəticələri bunu sübut edib.

Onlar koronavirusa yoluxmuş 22 nəfərin qan nümunələrini analiz ediblər.

Bu adamların hamısı WA-1 ştammı ilə yoluxmuşdular.

4 nəfərin qanında ultragüclü antitelllər tapılıb, hansı ki, 23 yeni kovid mutasiyasını zərərsizləşdirə bilir. Bura hind, kaliforniya, Braziliya, delta, kappa ştamları da daxildir.

Analizlər göstərib ki, antitellər müxtəlif variantda virusların hüceyrə və qana keçməsini effektiv əngəlləyir.

Bu tədqiqat göstərir ki, təkrar vaksinasiya virusun ştamlarına qarşı immuniteti gücləndirmək üçün faydalı ola bilər.

Yəni ildə həta iki dəfə vaksin etdirmək, belə super anititel yaranmasını aktivləşdirə bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.