İspaniya müdafiə xərclərinin həcminə görə NATO-da ikinci yeri tutur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Brüsseldə NATO üzvü olan ölkələrin liderlərinin zirvə görüşü keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin görüşdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edir. Yüksək səviyyəli görüşdə İspaniya ilə Mərakeş arasında diplomatik böhrana ABŞ-ın müdaxilə etməsi ehtimalı, Qərbi Böyük Səhranın suverenliyi, "Google" texnoloji şirkətindən vergi tutulması barədə İspaniya hökumətinin təklifi, İspaniya məhsullarına qarşı "tarif müharibəsi" məsələləri müzakirə olunacaq.
Görüşün gündəliyindəki məsələlərdən biri də NATO-nun növbəti sammitinin 2022-ci ildə İspaniyada keçirilməsi mövzusu olacaq.
Bu sammit İspaniyanın Atlantika Alyansına daxil olmasının 40-cı ildönümü ilə eyni vaxtda düşür. İspaniyada NATO-nun sammiti sonuncu dəfə 1997-ci ildə Xose Mariya Asnarın prezidentliyi dövründə keçirilib.
Avropa İttifaqında iqtisadiyyatının həcminə görə dördüncü yeri tutan İspaniya müdafiə xərclərinin ÜDM-in həcminə nisbətinə görə axırdan ikinci yeri tutur: ÜDM-in 1,02 faizi. Müvafiq göstəricisi daha aşağı olan yalnız bir ölkə var: ÜDM-in 0,57 faiz olduğu Lüksemburq. Hazırda 10 ölkədə - Yunanıstan, ABŞ, Xorvatiya, Böyük Britaniya, Estoniya, Latviya, Polşa, Litva, Rumıniya və Fransada müdafiə xərcləri ÜDM-in 2 faizi həddinə çatıb. İspaniya üçün postpandemiya dövründə bu göstəricinin 2 faizə çatması qeyri-mümkün hesab edilir.
Hazırda İspaniya NATO ilə birgə beynəlxalq missiyaların yerinə yetirilməsi üçün təqribən 600 əsgər göndərməyə hazırlaşır. Eyni zamanda ispan hərbçiləri Latviya, Türkiyə və Litvada qalmaqda davam edəcək. Bundan əlavə, NATO-nin İraqdakı missiyasında yeddi ispan əsgəri iştirak edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
“Royad Məmmədov” gəmisi vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)





