Dünya

Kömür mədənində dağıntı altında qalan səkkiz şaxtaçı xilas edilib - VİDEO

11 İyun 2021 02:15
Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür mədənində baş verən partlayışdan sonra mədəndə qalmış 8 şaxtaçı təxminən 30 saatdan sonra xilas edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xilasedicilər qəza nəticəsində itkin düşən şaxtaçıların yerini 20 saatlıq axtarışlardan sonra müəyyən ediblər. Axtarış işlərinə 30 nəfərlik heyət cəlb olunub. Bundan sonra onların çıxarılması əməliyyatı başlayıb. İyunun 6-da axşam saat 20:00 radələrində şaxtaçılar mədəndən çıxarılıb. Onlar müayinə üçün xəstəxalara yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.