Dünya

Türkiyədə koronavirusdan son sutkada 86 nəfər ölüb

8 İyun 2021 23:18
Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 86 nəfər həyatını itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 225 527 nəfər test edilib, onların 6609-nun koronavirus testi pozitiv nəticə verib, 5836 nəfər sağalıb, 1044 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 341 nəfər ölüb. Türkiyədə indiyədək 5 300 236 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 173 186 nəfəri müalicə olunaraq evə buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.