Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki boksçunun rinqdə döyüşdüyünü düşünün. Səlis bir zərbə ilə öncə rəqibin gözləri qaralır, sonra səndələyir və yerə yıxılır. Birtəhər ayağa qalxdıqdan sonra isə nə edəcəyinə heç cür qərar verə bilmir, düşdüyü boşluğun şokunu yaşayır. Bax, Ermənistanın hazırkı rəhbərliyi, xüsusən də baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da eynilə bu halətdədir. Azərbaycanın "dəmir yumruğu" onun başına elə dəqiqliklə endirilib ki, Paşinyan hələ də səndələyir, hələ də sayıqlayır...
Əslində, Qərblə "demokratiya oyunu" oynayan Paşinyan həmişə səndələməyə meyilli olub. Külək hansı səmtdən əsibsə, o da o səmtdə dayanıb. Qərb onu hakimiyyətə gətirdiyi halda, ən çətin durumlarda ona dəstək olduğu halda, Paşinyan Qərbi gah Rusiya, gah da Suriya ilə aldadır. Onun Rusiya ilə olan həvadislərinin hər halda geniş izahata ehtiyacı yoxdur. Sadəcə, İkinci Qarabağ müharibəsində baş verən proseslər - Qərbdən dəstək almayınca Paşinyanın Rusiyaya sığınması, ondan mədət umması, onu müharibəyə cəlb etmək istəməsi, Ermənistanı düşdüyü uçurumdan çıxarmaq üçün ona yalvarışları və s.- hər şeyi izah edir.
Gələk Suriya məsələsinə, bir neçə gün öncə Suriyada prezident seçkiləri keçirildi, Bəşər Əsəd yenidən prezident seçildi. O Əsəd ki, qərb dünyası ilə düşməndir, o Əsəd ki, heç bir qərb ölkəsinin prezidenti seçkilərdə qalib gəlməyi münasibətilə onu təbrik etmədi. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Bəşər Əsədi nəinki təbrik etdi, hətta İrəvanın Suriyaya humanitar böhranın həllində kömək etməyə hazır olduğunu belə dedi. Paşinyan bununla bağlı Bəşər Əsədə müraciətində Ermənistan-Suriya münasibətlərinin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirdi.
Əslində, Qərbə "medan oxuyan" bu təbrik ilk deyildi. Təxminən bir ay öncə - aprel ayının 17-də Nikol Paşinyan Suriyanın milli bayramı - xarici qoşunların təxliyəsi Günü ilə əlaqədar Prezident Bəşər Əsədə təbrik mesajı göndərmişdi, bu mesjda da Ermənistanın iki dövlət arasında ənənəvi dialoqu dərinləşdirməyə hazır olduğu vurğulanırdı.
Görünən odur ki, Nikol Paşinyan Qərblə "demokratiya oyunu" oynamaqla, əslində müharibədəki məğlubiyyətin "heyifini çıxır", ona göz dağı verir. Təbii ki, bu yanaşma Nikol Paşinyanın riyakar siyasət apardığını bir daha ortaya qoyur və bununla ümumilikdə Ermənistan rəhbərliyinin əsl mahiyyətini, eləcə də Ermənistanın çox təhlükəli bir "kampaniyanın" içərisində olduğunu göstərir.
Qayıdaq rinqə, bəzən zərbə elə güclü və elə dəqiq olur ki, rəqib ömürlük şikəst olur. Paşinyanın da "dəmir yumruğun" nokautundan bir ömür ayılmayacağı aşikardır.
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Çağla Boz barəsində qərar verildi
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
XƏBƏR LENTİ
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır





